“Barselona”nın yeni transferi Markus Reşford klubda nəyə nail olmaq istədiyini açıqlayıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsas hədəfinin Çempionlar Liqasını qazanmaq olduğunu söyləyib:
“Mənim arzum “Barselona” ilə Çempionlar Liqasını qazanmaqdır. Komanda keçən mövsüm bu hədəfə çatmağa yaxın idi. Mən “Barselona”da buna nail olmaq üçün buradayam”.
İngiltərəli futbolçu rəsmi olaraq çərşənbə günü “Mançester Yunayted”dən icarəyə götürülərək Kataloniya klubuna qoşulub. Müqaviləyə satın alma bəndi daxildir.
“Barselona” son Çempionlar Liqasını mövsümündə yarımfinal mərhələsinə yüksəlib və burada “İnter”ə ümumi 6:7 hesabı ilə uduzub.
- "Liverpul" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir
- Avropa Liqasında ingilis finalı - YENİLƏNİB
- “Neftçi” “Turan Tovuz”u məğlub etdi - YENİLƏNİB
- Birinci Liqa klubuna danışılmış oyunlarla bağlı seminar keçirilib
- Aslan Kərimov: “Fənərbaxça” – “Qalatasaray” derbisi qədər gərgin matç izləyəcəyik"