“Roma” klubu “Mançester Siti”nin hücumçusu Omar Marmuşu transfer siyahısına daxil edib.
Apasport.az "Teamtalk"a istinadla xəbər verir ki, paytaxt təmsilçisi misirli futbolçunun çıxışını yaxından izləyir və qış transfer pəncərəsində onunla bağlı addım ata bilər.
Mənbənin məlumatına əsasən, “Roma” bu transfer uğrunda İngiltərənin “Tottenhem” klubu ilə rəqabət aparmalı olacaq. Daha əvvəl “Tottenhem”in Omar Marmuşu yanvar ayında icarə əsasında heyətinə qatmaq niyyətində olduğu bildirilmişdi.
Bu mövsüm 26 yaşlı hücumçu bütün turnirlərdə 15 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Füzuli Məmmədov: "Qarabağ" bu cür rəqiblərə öyrəşib" - Açıqlama
- Tadiç sabiq komandasına geri dönür - İDDİA
- Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb