Salah İngiltərədə qala bilər
17.02.2025 - 11:56
Salah İngiltərədə qala bilər

"Liverpul"un hücumçusu Məhəmməd Salah müqaviləsini uzatmaq üçün klub rəhbərliyi ilə danışıqlara başlayıb.

Apasport.az xəbər verir ki, misirli forvard hələ də komandaya kömək edə biləcəyini düşünür.

Səudiyyə Ərəbistanı klubları Salah üçün nə qədər ödəyəcək?

Eyni zamanda, Səudiyyə Ərəbistanı çempionatının klubları Salahın transferində maraqlıdır. Pro Liqa klubları ona bir neçə illik müqavilə üçün 200 milyon avrodan çox maaş təklif etməyə hazırdırlar.

Salahın "Liverpul"dakı gələcəyi

Salahın "Liverpul"la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. 

Məhəmməd Salah "Liverpul"da qalacaqmı?

Xatırladaq ki, misirli hücumçu daha əvvəl mövsümün sonunda komandanı tərk edəcəyini söyləmişdi:

“Həqiqətən "Liverpul"la Premyer Liqanı qazanmaq niyyətindəyəm. Bu, mənim klubdakı son ilimdir, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”.