"Fənərbaxça"nın prezidenti Sadettin Saran klubun baş məşqçisi Domeniko Tedesko ilə telefon vasitəsilə transfer iclası keçirib.
Apasport.az xəbər verir ki, təxminən 1 saat davam edən görüşdə tərəflər transfer siyahısında yer alan futbolçularla bağlı fikir mübadiləsi aparıblar.
Saran, Tedeskonun istəmədiyi heç bir futbolçunun transferini düşünmədiklərini bildirib:
“Sənin istəmədiyin heç bir futbolçunu transfer etməyəcəyik. Əgər "Fənərbaxça"ya fayda verəcəyinə inandığım oyunçu olarsa, səni də buna inandırmağa çalışacam. Həm sənə, həm də komandama çox güvənirəm. "Fənərbaxça" üçün ən doğru adları birlikdə seçəcəyik".
- Dani Olmo "Osasuna" ilə matçda zədələnib
- Mbappe “Real”da son 15 ilin rekordunu yeniləyib
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib
- Cüdoçularımız Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılıblar