"Sassuolo" "Milan"ın rekordunu qırıb
06.05.2025 - 08:33
İtaliya B Seriya təmsilçilərindən "Sassuolo" "Milan"ın rekordunu qırıb.
Apasport.az xəbər verir ki, "Sassuolo" “Kremoneze” (1:1) ilə qarşılaşmada 1 qola imza atıb.
Bu, cari mövsümdə komandanın 78-ci qolu olub. Beləliklə, klub "Milan"ın 40 ildən çox davam edən tarixi rekordunu qırıb.
1982/1983 mövsümündə "Milan" B Seriyasında çıxış edib və həmin mövsüm 77 qol vurub.
Qeyd edək ki, İtaliya B Seriya çempionatının bitməsinə 2 tur qalmış "Sassuolo" yüksək liqada yerini təmin edib.
- "Fənərbaxça" "Qalatasaray"–"Samsunspor" oyunundan sonra sərt bəyanat yayıb
- "Neftçi" "Naxçıvan"la, "Sabah" "Sərhədçi" ilə qarşı-qarşıya
- Maksim Medvedev "Qarabağ"a baş məşqçi təyin edilib - Rəsmi
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- "Arsenal" "Real Madrid"in ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır
0
0