
“Seltik” azarkeşləri Çempionlar Liqasının pley-off mərhələsinin “Bavariya” ilə oyununda (1:2) İsrailin Fələstinə və Livana hücumlarına etiraz ediblər.
Apasport.az xəbər verir ki, azarkeşlər tribunalardan UEFA və FİFA-ya səsləniblər.
"Seltik" - "Bavariya" matçında xaos
Belə ki, şotlandlar “İsrailə qırmızı kart göstər” yazılı pankart nümayiş etdiriblər.
Həmçinin azarkeşlər komandalarına dəstək üçün tribunalarda Fələstin bayraqları açaraq İsrailə etiraz ediblər.
"Seltik" fanları İsrailə qarşı
Azarkeşlərin siyasi etirazları futbolda
"Seltik" fanları bundan öncə də ÇL matçlarında Fələstinə dəstək şüarları səsləndiriblər.
Çempionlar Liqasında Dortmund “Borussiya”sına səfərdə 7:1 hesabı ilə məğlub olduqları oyundan sonra da azarkeşlər İsrailin Fələstinə hücumlarına etiraz ediblər. Şotlandlar Çempionlar Liqasının ilk həftəsində Slovakiyanın "Slovan Bratislava" (5:1) komandası ilə görüşdə də Fələstinə dəstək pankartı qaldırmışdılar.
UEFA "Seltik"i azarkeşlərinə görə cəzalandırdı
Qeyd edək ki, "Seltik" daha əvvəl azarkeşlərinin tribunalarda Qəzzaya verdiyi dəstəyə görə UEFA tərəfindən cəzalandırılmışdı.
- Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir
- KL: “Araz-Naxçıvan” - “Aris” oyununun başlama saatı açıqlanıb
- Dünya çempionatının püşkatma mərasimi Bakıda keçiriləcək - Rəsmi
- Boksçularımız Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar