Terim Səudiyyə Ərəbistanında bir ilk yaşadı
01.03.2025 - 10:15
2024-cü ilin sonunda təəccüblü şəkildə Səudiyyə Ərəbistanına gedən Fatih Terim "Əl-Şəbab"la bir ilk yaşayıb.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 23-cü turu çərçivəsində "Əş-Şəbab" "Damak"ı qəbul edib. Fatih Terimin yetirmələri qarşılaşmada 2:0 qalib gəlib.
Beləliklə, Terim ilk dəfə liqada ardıcıl iki matçda qalib gəlib.
“Əş-Şəbab” bununla da xallarını 39-a yüksəldib və 6-cı sıradakı yerini qoruyub. "Damak" isə 24 xalla 13-cü pillədədir.
- “Milan” qışda hücumçu və müdafiəçi transfer etməyi planlaşdırır
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- "Real" Alonso ilə anlaşıb - KİV
- Elşad Quliyev: "Bu hissləri yaşamaq lazımdır"
- II Liqada pley-off matçının nominal meydan sahibi müəyyənləşib
0
0