"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sağ bud əzələsindən əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Uruqvaylı futbolçu Premyer Liqada "Bornmut"la keçirilən oyunda zədələnmişdi. Əməliyyatdan sonra Bentankur klubun tibbi heyətinin nəzarəti altında reabilitasiya prosesinə start verəcək.
Xatırladaq ki, daha əvvəl mətbuatda 28 yaşlı yarımmüdafiəçinin aprel ayına qədər yaşıl meydanlara qayıtmayacağı ilə bağlı məlumatlar yayılmışdı.
Hazırda “Tottenhem” Premyer Liqa turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. London təmsilçisi növbəti oyununu yanvarın 17-də doğma meydanda "Vest Hem"ə qarşı keçirəcək.
- Gimnastların Bakı birinciliyi başa çatıb
- Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi
- "Liverpul" evdə darmadağın oldu: Günün nəticələri
- Slavik Alxasov: "Legioner limitinin ləğvi doğru deyil"
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib