"Qalatasaray"ın hücumçusu Viktor Osimhen 2026 Dünya Çempionatının Afrika zonası pley-off finalında Nigeriya yığmasının heyətində Demokratik Konqoya qarşı meydana çıxıb.
Apasport.az xəbər verir ki, görüşün ikinci hissəsində zədə səbəbindən oyundan çıxan 25 yaşlı forvardın vəziyyəti “sarı-qırmızılılar”ın narahatlığına səbəb olub.
Matçdan sonra Nigeriyanın baş məşqçisi Erik Çelle futbolçunun zədəsi ilə bağlı açıqlama verib:
“Osimhen fasilədə ayağının arxa tərəfində ağrı hiss etdiyini dedi. Risk etməmək üçün onu oyundan çıxardıq".
"Qalatasaray"lı ulduzun durumuna yaxın günlərdə aparılacaq tibbi testlərdən sonra tam şəkildə aydınlıq gələcək.
Qeyd edək ki, Nigeriya penaltilərdə Demokratik Konqoya 3:4 hesabı ilə məğlub olaraq mundial şansını itirib.
- Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nakaut edib
- Naxçıvan Basketbol Federasiyası fəaliyyətini dayandırıb
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
- Erik Ramos: "Samir Abasova zaman vermək və inanmaq lazımdır" - Müsahibə
- "Roma" Omar Marmuş üçün "Tottenhem"lə yarışacaq