Bundesliqa təmsilçilərindən "Bayer"in futbolçusu Florian Virtz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Təcrübəli mütəxəssis Virtzlə "Mançester Siti" arasında danışıqların başladığını bildirib.
Bundan öncə "Bayer"in yarımmüdafiəçisinin valideynləri ilə birlikdə Mançesterdə Xosep Qvardiola ilə görüşdüyü barədə xəbər yayılmışdı.
Romanonun sözlərinə görə, Virtz və ailəsi həqiqətən də "şəhərlilər"in nümayəndələri ilə danışıqlar aparmaq üçün İngiltərəyə gəliblər, lakin Qvardiolanın özü orada olmayıb.
Qeyd edək ki, 22 yaşlı almaniyalı bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 16 qol, 15 asistlə yadda qalıb.
- Ayxan Abbasov U-21 millimizə baş məşqçi təyin edilib
- "Qarabağ" istədiyi oyunçunu gətirə bilmirsə, "Turan" neyləsin? - Ağasəlim Mircavadov
- "Traktor"un qolu azarkeşin gözü ilə - VİDEO
- “Lion” maliyyə böhranından çıxa bilmir: Borcu 200 milyon avronu keçdi
- AL: "Beşiktaş" "Şaxtyor"la bacarmadı - YENİLƏNİB