“Liverpul”un futbolçusu Florian Virtz İngiltərə karyerasında ilk qolunu vurub.
Apasport.az xəbər verir ki, alman yarımmüdafiəçi Premyer Liqanın 18-ci turu çərçivəsində “Vulverhempton”a (2:1) qarşı keçirilən oyunda fərqlənib. 22 yaşlı futbolçu matçın ilk hissəsində rəqib qapısına yol taparaq “Liverpul” forması ilə liqadakı ilk qoluna imza atıb.
Bu qarşılaşma Virtz üçün Premyer Liqada 17-ci oyun olub. O, bundan əvvəl çempionatda yalnız 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Qeyd edək ki, Florian Virtz cari mövsümdə “Liverpul”un heyətində bütün turnirlər üzrə 23 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
- “Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB
- Azərbaycanlı xanəndə Avropa çempionu olub
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
- "Barselona" yenilənmiş stadionda ilk məşqinə çıxıb - FOTO