"Yuventus" "Çelsi" ilə danışıqlara başlayıb
13.05.2025 - 10:54
"Yuventus" hüquqları "Çelsi"yə məxsus olan müdafiəçi Renato Veyqanı transfer etmək istəyir.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Yuventus" 21 yaşlı futbolçunu almaq üçün "Çelsi" ilə danışıqlara başlayıb.
Tərəflər hələ ki, transferin qiyməti ilə bağlı razılığa gələ bilməyiblər.
Portuqaliyalı icarə əsasında "qoca sinyora"da çıxış edir.
Qeyd edək ki, Renato Turin komandasının heyətində 13 oyun keçirib, 1 məhsuldar ötürmə edib. "Transfermarkt" müdafiəçinin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.
- II Liqada pley-off matçının nominal meydan sahibi müəyyənləşib
- "Atletiko Madrid" Premyer Liqanın ulduz müdafiəçisi ilə danışıqlara başlayıb
- “Roma” Avropada seriyanı davam etdirir: "Ştutqart" da dayandıra bilmədi
- "Nitsa"nın qapıçısı "Qalatasaray"ın radarına düşüb
- NBA: "Pelikans"dan qələbə, "Leykers” məğlub oldu
0
0