"Yuventus" Kenan Yıldıza qiymət qoyub
02.06.2025 - 08:35

"Yuventus" hücumçusu Kənan Yıldızı satmaq fikrində deyil.
Apasport.az xəbər verir ki, Turin klubu müqavilə yeniləmək üçün 20 yaşlı futbolçu ilə danışıqlar aparır.
İnsayder Nikolo Şiranın sözlərinə görə, "qoca sinyora" oyunçunu 80-100 milyon avro dəyərində qiymətləndirir.
Kənan Yıldızla Londonun “Arsenal” və “Çelsi” klubları maraqlanır.
"Transfermarkt" Türkiyə millisinin üzvünü 45 milyon avro olaraq dəyərləndirir. Onun "Yuventus"la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
- "Çelsi"nin hücumçusu klubunu dəyişə bilər
- Vlahoviç və “Fənərbaxça” hekayəsi yenə gündəmdə: Elə qiymət oxudular ki...
- “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
- "Liverpul" yenidən transfer rekordu qıra bilər
- Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
0
0