"Yuventus" Osimhenə alternativ tapıb
17.06.2025 - 08:13
"Strasburq"un hücumçusu Emanuel Emeqa "Yuventus"un radarına düşüb.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "qoca sinyora" 22 yaşlı futbolçunu "Napoli"nin hücumçusu Viktor Osimhenə alternativ kimi görür.
Turin nəhənginin yeni baş direktoru Damien Komolli niderlandlı forvardı yaxşı tanıyır, lakin hələlik konkret danışıqlar başlamayıb.
Emeqa bu mövsüm Fransa Liqa 1-də "Strasburq"un heyətində 27 matçda 14 qol vurub və 3 məhsuldar ötürmə verib.
"Transfermarkt" tərəfindən 25 milyon avro dəyərində qiymətləndirilən oyunçu ilə "Çelsi" də maraqlanır.
- Millimiz Tbilisidə 3 qızıl və 3 gümüş medala sahib çıxıblar
- "Qarabağ" istədiyi oyunçunu gətirə bilmirsə, "Turan" neyləsin? - Ağasəlim Mircavadov
- Pavol Şafranko: "Hər iki komanda üçün maraqlı oyun olacaq"
- "Barselona" yalnız bir şərtlə Raşfordu transfer edə bilər
- Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər
0
0