"Yuventus" Vlahoviçlə bağlı qərar verib
07.05.2025 - 08:57
"Yuventus"un hücumçusu Duşan Vlahoviç yayda komandadan ayrılacaq.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, serbiyalı futbolçu artıq "qoca sinyora"nın planlarının bir hissəsi deyil.
"Transfermarkt" portalı Duşan Vlahoviçin transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Futbolçuya İngiltərə Premyer Liqasının klubları maraq göstərir.
Bu mövsüm Vlahoviç Turin klubunun heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
- “Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub
- Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
- Zamiq oynadı, komandası qalib gəldi
0
0