Misli Premyer Liqasına vəsiqə qazanmaq üçün Birinci Liqada gərgin mübarizə davam edir. Elitaya yüksələcək 3 komanda arasına düşmək üçün iddialı olan kollektivlərdən biri də “Mingəçevir”dir.
Apasport.az saytına verilən məlumata görə, yaxın keçmişdə yeni sponsoruna qovuşmuş “Mingəçevir”də baş məşqçi dəyişikliyinin yaşanması an məsələsidir.
Belə ki, Birinci Liqa təmsilçisi baş məşqçi Füzuli Məmmədovla yollarını ayıracaq.
Buna səbəb Məmmədovun rəhbərliklə bəzi məsələlərdə fikirlərinin üst-üstə düşməməsidir.
Bir başqa iddialara görə isə, mütəxəssisin futbolçularla kobud ünsiyyəti və müxtəlif söz-söhbətlərin səngiməməsi yeni rəhbərlikdə narahatlıq yaradıb.
“Mingəçevir”in yeni baş məşqçi namizədləri də hazırdır. Qısa müddətdə postu təhvil alacaq mütəxəssisin adına aydınlıq gələcək. Namizədlərdən biriylə artıq danışıqlar da başlayıb.
Qeyd edək ki, “Mingəçevir” 19 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...
- "Neftçi"nin adından qorxanlar və ya araqarışdıran qaragüruh
- Adrian Pit: "Qarabağ" "Xəzər Lənkəran"dan fərqli olaraq, heç vaxt vaz keçmədi"
- Azər Bağırov: "İkinci Qurban Qurbanov olmağım mümkün deyil " - Müsahibə
- Junior Martins: "Kim Avropa Liqasında oynamaq istəməz?!" - Müsahibə