Branimir Subaşiç: “Hesab etmirəm ki, Foqtsun gəlişi ilə Azərbaycan futbolu dərhal böyük irəliləyişə nail olacaq”
31.03.2008 - 17:20
Bakı. Mehman Süleymanov-APA-Sport. “Berti Foqtsun Azərbaycan yığmasının baş məşqçisi olması mənim üçün böyük sürpriz oldu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının serbiyalı hücumçusu Branimir Subaşiç deyib. “Neftçi” klubunun 26 yaşlı futbolçusu bildirib ki, milli komandamızın yeni almaniyalı çalışdırıcısı Berti Foqts haqda bilgisi azdır: “Hesab etmirəm ki, Foqtsun gəlişi ilə dərhal böyük irəliləyişə nail olacağıq. O, Azərbaycan futbolunda, yığma komandada tərəqqi üçün müəyyən yeniliklər edəcək. Bunun üçünsə vaxt lazımdır”.
0
0