Azərbaycan klubları yenə dünyanın 350 ən güclüsü sırasına düşməyib
01.04.2008 - 10:24
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 350 ən güclü sırasında yenə Azərbaycan klubları yer almayıblar. Birinci yerdə İngiltərənin “Çelsi” klubudur. “Mançester Yunayted” (İngiltərə) ikinci, “Milan” (İtaliya) üçüncü yerdədir. Azərbaycan yığmasının futbolçularının çıxış etdiyi klublar isə irəliləyişə nail olub. İlqar Qurbanovun şərəfini qoruduğu “Sivasspor” (Türkiyə) 52 pillə sıçrayış edib və hazırda 73,5 xalla 266-cı yerdə qərarlaşıb. Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” (Polşa) isə 112 xalla 109-cu yerdən 102-ci pilləyə qalxıb.
0
0