UEFA Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan yarısına lisenziya verməyəcək
01.04.2008 - 11:26
UEFA Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan yarısına lisenziya verməyəcək
Belə ki, “Olimpik”, “Neftçi”, “Xəzər-Lənkəran”, “İnter”, “Bakı”, “Simurq” və “Qarabağ” müvafiq sənədləri assosiasiyaya təqdim edib. İ.Əliyev klubların lisenziyalaşdırma prosesinə laqeyd yanaşdıqlarını bildirib: “Bu il nədənsə bir çox klublar lisenziya almaq marağında deyillər. Belə hal yarana bilər ki, AFFA-ya müraciət göndərməyən klublardan hər hansısa avrokuboklara vəsiqə qazansın. Ancaq həmin komanda lisenziya ala bilmədiyindən yarışa buraxılmayacaq”. Lisenziyalaşdırma prosesində iştirak edən klublardan idman, infrastruktur, kadr, hüquq və maliyyə ilə bağlı sənədlər toplanıb. AFFA-nın daxilində fəaliyyət göstərən lisenziyalaşdırma komissiyası bu sənədlərin doğruluğunu təsdiqləyəndən sonra UEFA nümayəndələri ölkəmizə dəvət olunacaqlar. UEFA tərəfindən lisenziya alacaq klubların adları mayın ortalarında müəyyənləşəcək.
0