“Qəbələ” klubunun seriyası qırılıb
07.04.2008 - 11:57
“Qəbələ” klubunun seriyası qırılıb
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. “Qəbələ” klubu son bir ildə ilk dəfə heç-heçə edib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının 20-ci turunda “Xəzər-Lənkəran”la qarşılaşmadan 1:1 hesabı ilə ayrılan qəbələlilər mövsümdə ilk dəfə bir xalla kifayətləniblər. Ramiz Məmmədovun yetirmələri son dəfə 2007-ci il aprelin 28-də Yevlaxda “Karvan”la oyundan 3:3 hesablı heç-heçə ilə ayrılıb. Premyer Liqada ardıcıl 22 matç qələbə və məğlubiyyətləri sıralayan “Qəbələ”nin meydandan bərabərliklə ayrılmasından sonra “Gənclərbirliyi” heç-heçə etməyən yeganə komanda oldu.


0