Branimir Subaşiç: “Demyanenko nəsə fikirləşib tapmalıdır”
08.04.2008 - 17:02
Branimir Subaşiç: “Demyanenko nəsə fikirləşib tapmalıdır”
Serbiyalı futbolçunun sözlərinə görə, qarşıdakı görüşlərdə komandanın ukraynalı baş məşqçisi Anatoli Demyanenkonun üzərinə böyük məsuliyyət düşür: “Olimpik”lə çempionluq uğrunda vacib matça yeni nəfəs, yeni qüvvə ilə çıxmalıyıq. Bu matçadək isə “İnter”lə kubok oyunumuz var. Demyanenko nəsə fikirləşib tapmalıdır ki, hər iki matça yaxşı səviyyədə hazır olaq. Hər halda, bu vacib oyunlarda itkisiz nəticə qazanmalıyıq”. Azərbaycan yığmasının da şərəfini qoruyan B.Subaşiç yenə qol fikrində olduğunu vurğulayıb: “Çempionatda olduğu kimi, kubokda da iddialıyıq. “İnter”i yenə məğlub etmək motivasiyamız böyükdür. Öz meydanımızda qələbə qazanmalıyıq. Çünki cavab görüşü öncəsi üstünlük vacibdir. Qol vurmağa çalışacağam. Amma əsas komandamızın qələbəsidir”.
0