Ramiz Məmmədov: “Ağasəlim Mircavadova böyük hörmətim olsa da, onun dediklərindən çox təəssüfləndim”
08.04.2008 - 17:55
Ramiz Məmmədov: “Ağasəlim Mircavadova böyük hörmətim olsa da, onun dediklərindən çox təəssüfləndim”
Onun sözlərinə görə, sabah ölkə kubokunun yarımfinal mərhələsində qəbul edəcəkləri “Xəzər-Lənkəran”a bilərəkdən meydança verməməklə bağlı deyilənlər doğru deyil: “Biz rəqibə bu gün şərait yaratmışıq. Hətta məşq prosesimizdə dəyişiklik etdik”. R.Məmmədov bildirib ki, “Qəbələ” bərbad vəziyyətdə olduğu üçün öz stadionunda hazırlıq keçməyib: “Məcburiyyətdən gedib Hacıəli kəndindəki məktəbin meydançasında məşq etmişik. “Xəzər-Lənkəran” Qəbələdə qaldığı otelin meydançasında məşq etməli olubsa, bunun günahı bizdə deyil”. 40 yaşlı mütəxəssis “Xəzər-Lənkəran”a meydanda gücünü göstərmək fikrində olduğunu vurğulayıb: “Üç gün öncəki qarşılaşma “Xəzər-Lənkəran”ı büdrətməyin mümkün olduğunu göstərdi. Heyətimizdə ciddi itkilər olsa da, sabahkı matçda hücum futbolu oynayıb, qələbə qazanmaq fikrindəyik. Hesab edirəm ki, buna gücümüz çatar”.
Qeyd edək ki, “Qəbələ” son turda “Xəzər-Lənkəran” ilə öz meydanında keçirilən oyunda heç-heçə (1:1) edib.
0