Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə KİV komandaları arasında “Media kuboku” turnirinin püşkü atılıb
09.04.2008 - 12:43
Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə KİV komandaları arasında “Media kuboku” turnirinin püşkü atılıb
“APA-Sport” agentliyinin məlumatına görə, püşkatma mərasimində “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək, yarışın reqlamenti barədə danışıb. İştirakçılara uğurlar arzulayan A.Aşırlı jurnalistlərə əsl idmançı mübarizliyi, qətiyyəti göstərməyi diləyib.
Daha sonra turnirin püşkatması keçirilib. Nəticədə “APA-Sport” “Space” telekanalı və “Super market” qəzetlərinin kollektivləri ilə birgə B qrupunda yer alıb. Bundan başqa, A qrupunda “Şərq”, ANS, “Xalq Cəbhəsi”, C qrupunda “Səma” Mətbuat Yayımı, “525-ci qəzet + Ədalət”, “Trend”, D qrupunda AzTV, “Yeni Azərbaycan + Azərnyus”, “Futbol dünyası” mübarizə aparacaq. “Media kuboku”na sabah Bakı Dövlət Universitetinin İdman Kompleksində start veriləcək. Qrup mərhələsində ilk iki pilləni tutan komandalar 1/4 finala yüksələcəklər. Yarış mayın 10-da, Heydər Əliyevin anadan olduğu gün yekunlaşacaq.


0