“Olimpik” – “Neftçi” görüşünü əcnəbi hakimlər idarə edəcək
10.04.2008 - 14:09
“Olimpik” – “Neftçi” görüşünü əcnəbi hakimlər idarə edəcək
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA-nın Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının XXI turuna təyinatları açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, turun 7 oyunundan 5-də idarəçilik edəcək hakimlərin adları məlum olub. Təyinat edilməyən matçlar aprelin 13-də keçiriləcək “Olimpik” – “Neftçi” və “Xəzər-Lənkəran” – “İnter” görüşləridir. “Olimpik” – “Neftçi” çempionluq, “Xəzər-Lənkəran” – “İnter” isə mükafatçılar sırasına düşmək uğrunda mübarizənin taleyinin həll edilməsi baxımdan vacib matçlar sayılır. Bunu nəzərə alan AFFA rəhbərliyi çempionluq uğrunda keçiriləcək matçı əcnəbi hakimlərə tapşıracaq. Sabah federasiyanın inzibati binasında klubların nümayəndələrinin iştirakı keçiriləcək püşkatmada hakimlərin adları açıqlanacaq.

12 aprel

"Turan" - "Masallı".

Baş hakim: Eldar Nağıbəyov. Hakim-köməkçiləri: Sultan Məmmədov, Akif Adıgözəlov, Samir Hüseynov.

ABN - "Gənclərbirliyi".
Baş hakim: Ceyhun Haşımov. Hakim-köməkçiləri: Arif Ağayev, Azər Məmmədov, Əfqan Həmzəyev.

"Karvan" - "Standard"
Baş hakim: Anar Salmanov. Hakim-köməkçiləri: İlham Əliyev, Aydın Ələkbərov, Azad Mütəllimov.

13 aprel

"Qarabağ" - "Qəbələ"

Baş hakim: Babək Quliyev. Hakim-köməkçiləri: Vaqif Musayev, İqor Şpakovski, Elnur Muradov.

"Simurq" - "Bakı"
Baş hakim: Anar Niyazov. Hakim-köməkçiləri: Elman Musayev, Elşən Durmuşov, Ramiz Əhmədov.

Qeyd edək ki, XVII tur çərçivəsində martın 15-də keçirilən “Neftçi” – “İnter” (2:0) oyununa V.Əliyev təyin olunsa da, matça iki saat qalmış onu almaniyalı Mark Simon əvəzləmişdi.
0