Knut Kirxerin son oyunu “Şalke” – “Hanza” qarşılaşması olub
11.04.2008 - 14:22
Knut Kirxerin son oyunu “Şalke” – “Hanza” qarşılaşması olub
Qitə turnirinin Makedoniya – İsrail (1:2), Gürcüstan – Şotlandiya (2:0), dünya birinciliyinin Andorra – Rumıniya (1:5) qarşılaşmaları da K.Kirxerə tapşırılıb. ÇL-də cəmi bir matç idarə edən hakim MOİK (Rusiya) – “Fənərbaxça” (Türkiyə) görüşündə 2:2 hesabı qeydə alıb. Ümumilikdə, qitə kuboklarında 13 görüşdə UEFA K.Kirxerə güvənib. Gənclər arasında (U-21) qitə birinciliyinin Hollandiyada keçirilən final mərhələsində 3 oyunda iş başında olan almaniyalı yarımfinalı da idarə edib. Cari mövsüm Bundesliqada 13 matçda ədaləti qoruyan K.Kirxerin idarə etdiyi son oyunu aprelin 5-də keçirilən “Şalke” – “Hanza” (1:0) görüşü olub. Almaniyalı vətənində də mərkəzi qarşılaşmalara təyinat alıb. “Bayer” – “Bavariya” və “Hamburq” – “Bayer” qarşılaşmaları buna misaldır. Bundesliqada 7 mövsümə cəmi 8 qırmızı vərəqə göstərən hakim 104 oyun idarə edib. 39 yaşlı K.Kirxer fiziki göstəriciləri ilə fərqlənir. 196 sm boya, 90 kq çəkiyə malik FİFA hakiminə kömək edəcək yan xətt hakimləri də təcrübəli, lakin gəncdirlər. 33 yaşlı Torsten Şiffner cari mövsüm Bundesliqada 16 oyunda meydana çıxmaqla, yan xətt hakimləri arasında 4-cüdür. 30 yaşlı Dəniz Aytəkin isə 13 oyun idarə edib. Qeyd edək ki, K.Kirxerin idarə etdiyi son matçda T.Şiffner də onunla eyni briqadada olub və 6 gün əvvəlki matçın taleyini “Şalke” və Türkiyə millisinin hücumçusu Xəlil Altıntopun vurduğu qol həll edib.
0