Azərbaycan Premyer Liqasının cari mövsümündə iki rekord qeydə alınıb
15.04.2008 - 09:56
Azərbaycan Premyer Liqasının cari mövsümündə iki rekord qeydə alınıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 21-ci turunda mövsümün iki rekordu qeydə alınıb. “APA-Sport” agentliyinin məlumatına görə, aprelin 12-də və 13-də keçirilən oyunları rekord sayda - 22200 tamaşaçı izləyib. Cari mövsümün ikinci turuna təsadüf edən ən yaxşı göstəricisində təxminən 1/3 qədər artım qeydə alınıb.

Ən çox tamaşaçı toplayan turlar:
21-ci tur: 22200
2-ci tur: 16775
14-cü tur: 13635
3-cü tur: 12850

Premyer Liqanın 21-ci turun 7 oyununu izləyən azarkeşlərin yarıdan çoxu “Xəzər-Lənkəran” – “İnter” qarşılaşmasının şahidi olub. 13 min tamaşaçı toplayan görüş bu göstəricidə mövsümün yeni rekordudur. Maraqlıdır ki, təkcə bu oyundakı tamaşaçı sayı baş tutan 20 turun 17-si ilə müqayisədə daha çoxdur.

Mövsümün ən çox azarkeş toplayan oyunları:
“Xəzər-Lənkəran” – “İnter” : 13000 (21-ci tur)
“Xəzər-Lənkəran” – “Qarabağ” : 9000 (3-cü tur)
“Masallı” – “Xəzər-Lənkəran” : 6000 (2-ci tur)
“Olimpik” – “Neftçi” : 6000 (21-ci tur)

Qeyd edək ki, milli çempionatlar tarixinin tamaşaçı rekordu “Neftçi” – “Xəzər-Lənkəran” oyunlarında qeydə alınıb. Gəncə (2004/05) və Bakıda (2007/08) baş tutan matçları 25000 seyrçi izləyib.
0