Azərbaycan yığması Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşü keçirəcək
15.04.2008 - 10:31
Dubay. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 15 nəfərdən ibarət nümayəndə heyətinə Çimərlik Futbolu Federasiyasının baş katibi Ceyhun Xəlilbəyli rəhbərlik edir. Bir həftəlik səfər müddətində millimiz BƏƏ yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Komandamız, həmçinin Almaniya millisinin futbolçusu Eduard Levinin keçirdiyi treninqə qatılacaq.
0
0