Ramin Musayev: “Obyektiv hakimliklə “Olimpik”ə qarşı 10 dəfə oynasaq, 9-da qələbə qazanıb, 1-də heç-heçə edərik”
15.04.2008 - 11:32
Hesabat turunda Premyer Liqanın vahid lideri ilə matçı idarə etmiş almaniyalı hakim Knut Kirxerin idarəçiliyindən və görüşün keçirilmə vaxtından narazılığını bildirən R.Musayev “Olimpik” klubunu biclikdə günahlandırıb: “Nə baş məşqçi Anatoli Demyanenkodan, nə də futbolçulardan narazılığım var. Komandamız əsl futbol nümayiş etdirdi. Rəqib isə futbol oynamırdı. Sintetik örtüklü meydanda oynamaq futbolçular üçün çətindir. Üstəlik, görüşü saat 16:00-a təyin etmək “Olimpik” klubu rəsmilərinin bicliyi idi. Matçın başlanma vaxtının dəyişdirilməsi üçün müraciət etsək də, müsbət cavab almadıq. Hakimliyə gəlincə, rəqibin qapısına iki dəfə penalti zərbəsi təyin olunmadı. İkinci hissədə həkimlər iki dəfə meydana daxil oldular. 6 əvəzetmə oldu, ancaq almaniyalı hakim matçın əsas vaxtına cəmi 2 dəqiqə vaxt əlavə etdi. Söylədiklərim bəhanə deyil. Əgər hakim düzgün oyun idarə etməyəcəksə, bizimkilərdən də, əcnəbilərdən də narazı olacağıq”.
0
0