Əli Hüseynov: “Əcnəbi hakimlərin Azərbaycana dəvət edilməsi düzgün deyil”
15.04.2008 - 13:04
Əli Hüseynov: “Əcnəbi hakimlərin Azərbaycana dəvət edilməsi düzgün deyil”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Azərbaycana gələn almaniyalı hakimlərin idarəçiliyinə iradım yoxdur. Normal hakimlik edirlər. Sadəcə, əcnəbilərin dəvət edilməsi düzgün deyil”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri Əli Hüseynov deyib. Onun sözlərinə görə, əcnəbi hakimlərin dəvət edilməsini gizli saxlamaq yanlışdır: “Təkcə Almaniyadan yox, Rusiyadan, Türkiyədən də hakimlər dəvət etmək olar. Yəni, əcnəbi hakimlərin dəvət edilməsi normaldır. Sadəcə, bunu sirr saxlamaq, oyuna az qalmış açıqlamaq səhvdir. Bunu sirr saxlamaq, futbol ictimaiyyətindən, mətbuatdan gizlətmək hansı məqsəd daşıyır? Belə səviyyəsiz addımlar atmaq düzgün deyil”.
0