Almaniyalı Knut Kirxer həmyerlisini qabaqlayıb
15.04.2008 - 14:07
Almaniyalı Knut Kirxer həmyerlisini qabaqlayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən “Olimpik” – “Neftçi” oyununu idarə edən almaniyalı Knut Kirxer cari mövsüm komandaları meydana çıxaran 25-ci hakim olub. “APA-Sport” agentliyinin məlumatına görə, mövsümün baş tutan 140 çempionat və 56 kubok görüşündə 25 hakim ədaləti qoruyub. Hakim-inspektorların bu matçlara görə verdiyi qiymətlərə əsasən, K.Kirxer nəinki azərbaycanlı hakimləri, hətta həmyerlisi Mark Simonnu da geridə qoyub. FİFA referiləri Farız Yusifov və Babək Quliyev əcnəbi hakimlərdən geri qalaraq, 3 və 4-cü yerdə qərarlaşıb. Digər beynəlxalq dərəcəli hakim Vüsal Əliyev isə orta qiymətə görə 6-cı yerdədir.

yer hakimlər orta qiymət oyun
1 Knut Kirxer 8,40 1
2 Mark Simonn 8,20 1
3 Fariz Yusifov 8,17 19
4 Babək Quliyev 8,11 17
5 Anar Salmanov 8,08 9
6 Vüsal Əliyev 8,03 20
7 Arif Ağayev 8,00 1
8 Habil Əliyev 8,00 1
9 Samir Hüseynov 8,00 1
10 Venera Muradova 8,00 2
11 Zahid Həşimov 8,00 2
12 Rövşən Əhmədov 7,99 20
13 Anar Niyazov 7,97 6
14 Hacıəli Ağayev 7,95 2
15 Elçin Səmədov 7,89 12
16 Feyzulla Feyzullayev 7,89 7
17 Əli Əliyev 7,85 2
18 Eldar Nağıbəyov 7,83 16
19 Əmrah İbrahimov 7,80 3
20 İmanxan Sultani 7,69 16
21 Ceyhun Haşımov 7,69 10
22 Azad Mütəllimov 7,63 13
23 Elnur Muradov 7,40 2
24 Əfqan Həmzəyev 7,12 10
25 Ramiz Əhmədov 7,10 3
0