Azərbaycan Premyer Liqasının 12 klubu cəzalanıb
15.04.2008 - 15:07
Azərbaycan Premyer Liqasının 12 klubu cəzalanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasında çıxış edən 16 futbolçu cəzalandırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, çempionatın 21-ci turunda sarı vərəqə alan 31 oyunçudan 16-sı 50 manat ödəməlidir. Mövsümdə ən azı 4-cü dəfə xəbərdarlıq alan oyunçular daha çox “Standard”ı ziyana salıb. Bakılılar 150 manat ziyana düşüb. “Bakı” ilə “Qarabağ” isə iki futbolçusunun hərəsi üçün 50 manat ödəyəcək. Azərbaycan Premyer Liqasında iştirak edən daha 10 komandanın hər biri 50 manat xərcə düşüb. Ötən turun oyunlarına görə yalnız “Qəbələ” və “Masallı”nın futbolçuları cəzalanmayıb.
0