“Qarabağ” 734 gündür “İnter”ə qol vura bilmir
17.04.2008 - 11:50
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubu iki ildir Azərbaycan Premyer Liqasında “İnter”ə qalib gələ bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, 2006-cı il aprelin 16-da rəqibini 1:0 hesabı ilə məğlub edən ağdamlılar həmin oyundan sonra “İnter”in qapısına qol da vura bilməyib. Azərbaycan Premyer Liqasının 22-ci turunda baş tutacaq oyundan 734 gün əvvəl “Qarabağ”a qələbə gətirən topu Elmir Xankişiyev vurmuşdu. Bu komandalar, ümumilikdə çempionatda 13 dəfə qarşılaşıb. Son 3 görüşdə uduzmasına baxmayaraq, “Qarabağ” daha çox 6, “İnter” isə cəmi 5 qələbə qazanıb. Daha iki oyunun heç-heçə bitdiyi qarşılaşmalarda ağdamlılar rəqib meydanında qol vura bilmir. “Qarabağ” səfərdə “İnter”lə keçirdiyi 6 matçdan yalnız birində qol vura bilib. Bakılıların qol buraxmadan rəqibinə qalib gəldiyi son 3 oyunda komandanı meydana Valentin Xodukin çıxarıb.
“Qarabağ” – “İnter”: bütün oyunlar
“Qarabağ” – “İnter”: bütün oyunlar
mövsüm | “Qarabağ”ın meydanında | “İnter”in meydanında |
1999/2000 | 2:0 | 0:0 |
2000/01 | 3:0 | 0:0 |
2003/04 | 3:1 | 2:0 |
2004/05 | 3:1 | 0:1 |
2005/06 | 1:0 | 0:2 |
2006/07 | 0:1 | 0:1 |
2007/08 | 0:1 |
|
0
0