Saşa Yunisoğlunun komandası Polşa kubokunun yarımfinalında uduzub
01.05.2008 - 09:37
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu Polşa kubokunun finalına çıxa bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, Qrodzisk təmsilçisi ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında “Visla”ya uduzub - 0:1. Bir həftə əvvəl keçirilən ilk oyunda 0:0 hesablı heç-heçəyə nail olan S.Yunisoğlunun komandası ölkə çempionu ilə öz meydanında bacarmayıb. Həmyerlimiz bu görüşdə də meydana çıxmayıb.
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
0
0