“İnter” son 9 ildə Bakıda “Turan”a qalib gəlib
07.05.2008 - 13:08
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının “İnter” klubu son 9 ildə öz meydanında keçirdiyi oyunlarda “Turan”a qalib gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, tovuzlular səfərdə paytaxt təmsilçisi ilə keçirdiyi 6 matçda cəmi 1 xal qazanıb. Bu heç-heçə komandaların tarixləri ərzində ilk görüşə təsadüf edib. 1999-cu il dekabrın 5-də baş tutan həmin oyundan sonra “İnter” öz meydanında tovuzlulara xal vermir. Azərbaycan Premyer Liqasının XXIV turunda qarşılaşacaq “İnter” və “Turan” ölkə çempionatlarında 13 dəfə üz-üzə gəliblər. Bakılılar 9, qərblilər isə 3 dəfə qələbəyə seviniblər. 2005-ci il mayın 3-də Tovuzda keçirilən görüşdə “İnter” son dəfə xal itirib.
“İnter” – “Turan”: bütün oyunlar
“İnter” – “Turan”: bütün oyunlar
mövsüm | Bakıda | Tovuzda |
1999/2000 | 0:0 | 1:2 |
2000/01 | 1:0 | 1:3 |
2003/04 | 2:0 | +:- |
2004/05 | 4:3 | 0:1 |
2005/06 | 1:0 | 1:0 |
2006/07 | 1:0 | 7:1 |
2007/08 |
| 4:0 |
0
0