Sumqayıtda veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilib
10.05.2008 - 13:08
Sumqayıt. Elşən Məmmədov - APA-Sport. Sumqayıt şəhərində Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilib. “APA-Sport”un məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan matçda “Neftçi” (Bakı) və Sumqayıt veteranları qarşılaşıb. Oyun paytaxt futbolçularının qələbəsi ilə başa çatıb - 6:3. “Neftçi”nin veteranlarından Musa Qurbanov het-trik edib, Maşallah Əhmədov, Asif Əliyev və Qurban Qurbanov hərəyə bir qol vurublar. Sumqayıtlı futbolçulardan isə Fərhad Həsənov, Rövşən Şəfiyev və Əsəd Əlimirzəyev fərqləniblər.
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
0