“Xəzər-Lənkəran”ın çempion titulunu qoruya bilməyəcəyi rəsmiləşib
12.05.2008 - 18:41
Lənkəran. Mehman Süleymanov - APA-Sport. Futbol üzrə Azərbaycan çempionatının son qalibi “Xəzər-Lənkəran” klubu titulunu qoruya bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, tarixində ilk çempionluğunu ötən mövsüm qazanan Lənkəran təmsilçisinin ardıcıl ikinci il qızıl medal qazanmayacağı bu gün rəsmiləşib. Buna Premyer Liqanın hazırkı lideri “Olimpik”in bu gün qazandığı qələbə səbəb olub. Əsgər Abdullayevin çalışdırdığı komanda “Karvan”ı məğlub etməklə, “Xəzər-Lənkəran”la 7 xallıq fərqi qorumağı bacarıb. Bununla, çempionluğa nəzəri şanslarını da itirən lənkəranlılar son iki turda qələbə qazandıqları təqdirdə, ən yaxşı halda 2-ci yeri tutub gümüş mükafatçı olacaqlar. Bu mənada qarşıdakı turda “Olimpik”i qəbul edəcək “Xəzər-Lənkəran” qələbə qazanmaqla, mükafatçılar sırasına düşmək şansını saxlayacaq.
Qeyd edək ki, “Olimpik”in ən yaxın izləyiciləri olan “İnter”lə “Neftçi” çempionluğa nəzəri şanslarını saxlayır.
Qeyd edək ki, “Olimpik”in ən yaxın izləyiciləri olan “İnter”lə “Neftçi” çempionluğa nəzəri şanslarını saxlayır.
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
0