Baş məşqçisi cəzalanan klublar Premyer Liqada cəmi 1 qələbə qazanıb
14.05.2008 - 10:22
Hər üç mütəxəssis ukraynalı həmkarı kimi, hakimlikdən narazılığını ifadə etdiyindən 4 oyunluq kənarlaşdırılıb. Birinci dövrədə cəzalananlar - Yunis Hüseynov və Sakit Alıyev komandasının məğlubiyyətindən sonra bu hərəkətə yol vermişdisə, ikinci dövrədə heç-heçədən sonrakı narazılıqlar bu sonluqla nəticələnib. Əvvəl Əli Quliyev, bu dəfə isə R.Pokora səfərdə – hər ikisi Lənkəranda 1 xaldan kifayət qədər sərt narazılığına görə komandasını pis vəziyyətdə qoyub. Baş məşqçinin cəzalanması sözün əsl mənasında Premyer Liqa klubları üçün uğursuzluq gətirib. Baş məşqçisi cəzalı olan klublar çempionatdakı 10 oyuna cəmi 1 qələbə qazanıb və 1 heç-heçə edib. Düzdür, “Standard” Y.Hüseynovsuz iki qələbə qazanıb. Lakin bu görüşlər Premyer Liqa yox, ölkə kubokunun 1/16 final mərhələsində keçirilmişdi. Bu səbəbdən bakılılar cəzanın yarısını birincilikdə, yarısını isə kubokda keçirib.
Baş məşqçi | komandası | Rəqib | hesab | hakim | Oyunun tarixi | o | q | h | m | t | x |
Yunis Hüseynov | “Standard” | “Neftçi” | 1:3 | Fariz Yusifov | 16.09.2007 | 2 | 0 | 1 | 1 | 0-1 | 1 |
Sakit Alıyev | “Turan” | “Qəbələ” | 1:2 | Əfqan Həmzəyev | 03.11.2007 | 4 | 0 | 1 | 3 | 1-8 | 1 |
Əli Quliyev | ABN | “Xəzər-Lənkəran” | 0:0 | Babək Quliyev | 16.03.2008 | 4 | 1 | 0 | 3 | 3-7 | 3 |
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
0