Çempion olmuş “Qalatasaray”ın acığına hərbi gəmiyə “Fənərbağça” bayrağı asdıran kapitan cəzalandırılacaq
14.05.2008 - 13:23
Ankara – APA. Türkiyə Dəniz Qüvvələrinə məxsus “TCG Bafra” adlı gəminin üzərinə “Fənərbağça” idman klubunun bayrağının asılması ölkədə narazılığa səbəb olub.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mayın 12-də Quşadası limanına lövbər atan gəminin “Fənər”li kapitanı bütün ölkədə “Qalatasaray”ın 17-ci çempionluğunun qeyd edildiyi bir vaxtda dövlətə məxsus hərbi gəminin üzərindən azarkeşi olduğu komandanın bayrağını asdırıb. Gəminin fotoşəkli ölkə mətbuatında yer aldıqdan sonra Dəniz Qüvvələrinin komandanı, “Qalatasaray” azarkeşi olan ordu admiralı Mətin Ataç gəminin mayor rütbəli kapitanı haqqında xidməti təhqiqata başlanması barədə göstəriş verib. Dəniz Qüvvələrindən bildiriblər ki, admiralın əmri onun “Qalatasaray”lılığı ilə bağlı deyil. Çünki hərbi gəmilərə hansı bayraqların asıla biləcəyi Dəniz Qüvvələrinin daxili əsasnaməsində konkret göstərilib. Fanatik “Fənər”li kapitan isə bunu bilə-bilə bu qaydalara zidd hərəkət edib. Mayora hansı cəzanın veriləcəyi hələlik bəlli deyil.

0
0