Futbol üzrə 16-cı Azərbaycan çempionu “Olimpik” olacaq
14.05.2008 - 13:28
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə XVI Azərbaycan çempionatının qızıl medallarını “Olimpik” klubu qazanacaq. “APA-Sport” agentliyinin İnternet saytında aparılan növbəti sorğunun nəticəsi belə olub. İki həftə ərzində 140 nəfər saytımızı ziyarət edərək, “Azərbaycan Premyer Liqasının qalibi hansı klub olacaq” sualını cavablayıb. Respondentlərin 45,71 faizi (64 nəfər) Əsgər Abdullayevin komandasının birinci yeri tutacağını bildirib. Paytaxtın digər təmsilçisi “Neftçi”nin şansları qismən az qiymətləndirilib. Flaqman 46 səs toplayaraq, yekunda ikinci olub. Müsabiqəyə qatılanların 10,71 faizi, yəni 15 nəfəri 2006/07 mövsümünün qalibi “Xəzər-Lənkəran”ın çempion titulunu qoruyacağına inandığını bildirib. İndiyədək ölkə çempionatlarında mükafatçılar sırasına düşməyi bacarmayan “İnter”in lehinə cəmi 9 nəfər səs verib. Altı nəfər isə sorğunun sualına cavab verməyə çətinlik çəkib.
Qeyd edək ki, Premyer Liqanın başa çatmasına iki tur qalmış “Olimpik” 57 xalla zirvədə qərarlaşıb. Liderdən 5 xal geri qalan “İnter” ikinci yeri tutur. “Neftçi” 51 xalla 3-cü, “Xəzər-Lənkəran” isə 50 xalla 4-cü pilləyə sahib çıxıb.

0
0