Azərbaycan Premyer Liqasının qarşıdakı turunu 10 futbolçu buraxacaq
14.05.2008 - 14:33
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının XXV turunda 10 futbolçu cəza üzündən iştirak edə bilməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, mayın 17-də və 18-də keçiriləcək matçlarda 6 klub meydana itkilərlə çıxacaq. İki oyunluq cəzalandırıldıqları üçün mövsümü bitirən Fabio Luis Ramim (“Olimpik”) və Zaur Tağızadədən (“Neftçi”) fərqli, digər 8 oyunçu Premyer Liqanın son turunda heyətə qayıda biləcək. “Qarabağ”la həftəsonu keçiriləcək görüşdə flaqman təkcə kapitanı Z.Tağızadənin itkisi ilə kifayətlənməyəcək. Mövsüm ərzində aldığı sarı vərəqələrin sayını 4-ə çatdıran Rəşad Sadiqov da bu dəfə komandasına kömək etməyəcək. Çempionatın lideri olan “Olimpik” kimi “Simurq”un da yalnız bir itkisi var. Rüstəm Məmmədov da 4-cü sarı vərəqəyə görə turu buraxmalıdır. “Qəbələ” iki oyunçusu olmadan “Masallı”nı qəbul edəcək. Komandanın kapitanı Vitali Balamestnı 4-cü, Vüqar Həsənov isə 12-ci sarı vərəqəyə görə turun oyununu kənardan izləməlidir. “Gənclərbirliyi” – “İnter” matçında isə rəqiblər üst-üstə 4 futbolçunun xidmətindən yararlana bilməyəcək. Qonaqlar Bronislav Çervenka və Roman Qoella, sumqayıtlılarsa Ramin Tanrıverdiyevlə Fəqan Şahbazovu meydana buraxa bilməyəcək.
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
1