“Fənərbaxça”nın sabiq oyunçusu Oskar arzusundadır -VİDEO
19.12.2008 - 11:33
Fransa yığmasının futbolçusu Nikolya Anelka gələcəyi ilə bağlı planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Çelsi” klubunda çıxış edən hücumçu karyerasını bitirdikdən sonra aktyor olmaq istəyir. Bir vaxtlar Türkiyə “Fənərbaxça”sının da şərəfini qoruyan Anelka Hollivudda uğur qazanmaq iddiasındadır. O, kino sahəsində Brüs Uillis və Vinni Consun davamçısı olmaq arzusundadır: “Mən artıq bir filmdə çəkilmişəm. Bu sahədə təcrübə toplamağımda həmin filmin prodüserlərindən olan dostumun əməyi olub. Futbolla vidalaşandan sonra isə yəqin ki, mənim Oskar mükafatı qazanmağımın şahidi olacaqsınız. Mən kinoda mənfi obrazlı qəhrəman olmaq istəyirəm”.
Qeyd edək ki, Anelka 2002-ci ildə çəkilən “La Bule” filmində aktyor ampluasında debüt edib.
Qeyd edək ki, Anelka 2002-ci ildə çəkilən “La Bule” filmində aktyor ampluasında debüt edib.
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0