Emil Mpenza “Neftçi”dən getməsi münasibətilə qonaqlıq verdi - VİDEO
28.12.2011 - 12:40
Emil Mpenza “Neftçi”dən getməsi münasibətilə qonaqlıq verdi - VİDEO
“Neftçi”nin transferə çıxardığı Emil Mpenza özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatları tarixinin ən məşhur futbolçusu vətəni Belçikada çıxış edəcək.

Belçika yığmasının sabiq hücumçusu 1997-99 və 2003-04-cü illərdə şərəfini qoruduğu “Standard”ın formasını yenidən geyinəcək. Bunu Mpenzanın özü, həm də maraqlı şəkildə açıqlayıb.

Belə ki, Lyejin gecə klublarından birinə baş çəkən Emil hamını şampana qonaq edərək, “Yenidən “Standard”a qayıdışımı sizlərlə qeyd edirəm” deyib.

Lakin klubun rəsmi saytında keçidlə bağlı hər hansı məlumat olmadığından, Belçika mətbuatının özü də Emilə inanmır.

Qeyd edək ki, 2010-cu ilin yayından “Neftçi”yə keçən Mpenza Böyükağa Hacıyevin baş məşqçi təyin olunması ilə əsas heyətdəki yerini itirib, bir müddət əvvəl isə transferə çıxarılıb.
0