Premyer Liqada unikal hadisə - VİDEO
23.01.2012 - 12:30
Premyer Liqada unikal hadisə - VİDEO
Futbol üzrə Şimali İrlandiya çempionatında qeyri-adi hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, unikal hadisə “Kolreyn” və “Qlenavon” klubları arasında Premyer Liqa matçında qeydə alınıb. Belə ki, Pol Ouens qarşılaşma ərzində 2 dəfə künc zərbəsindən rəqib qapısına yol tapıb. “Kolreyn”in 3:1 hesablı qələbəsində məhz bu qollar rol oynayıb.

Qeyd edək ki, Ouens bu qolları təkcə ustalığı deyil, həm də düşüncəsi sayəsində vurub. O, rəqib qapısı istiqamətdə əsən güclü küləyin köməyindən də yararlanıb.
0