35 yaşlı hücumçu rəsmən “Çelsi”də
01.08.2026 - 21:47
35 yaşlı hücumçu rəsmən “Çelsi”də

İngiltərə millisinin sabiq hücumçusu Denni Uelbek karyerasını “Çelsi”də davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu Premyer Liqa təmsilçisi “Brayton”dan “Çelsi”yə transfer olunub. Təcrübəli hücumçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

İngiltərə millisində 42 oyun keçirən Uelbek “Mançester Yunayted”in yetirməsidir. O, karyerası ərzində “Arsenal”, “Uotford” və digər klublarda da çıxış edib. Hücumçu 2020-ci ildən “Brayton”un formasını geyinirdi.

Uelbek ötən mövsüm bütün turnirlərdə keçirdiyi 40 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.