İstanbul Baş Prokurorluğunun futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində başladığı növbəti əməliyyatda saxlanılan keçmiş futbol hakimi və şərhçi Ahmet Çakar sərbəst buraxılıb.
Apasport.az xəbər verir ki, bu barədə tükiyəli jurnalist Ertem Şener şəxsi "X" hesabında məlumat paylaşıb.
Məlumata görə, Çakar barəsində aparılan hüquqi prosedurların tamamlanmasından sonra onun azadlığa buraxılması qərara alınıb.
Hazırda futbolda mərc oyunları ilə bağlı istintaq araşdırmaları davam edir. Ahmet Çakar barəsində cinayət işi açılıb-açılmaması ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA