AL: “Trabzonspor” və “Beşiktaş”ın mümkün rəqibləri müəyyənləşib
03.08.2026 - 15:32
Türkiyənin “Trabzonspor” və “Beşiktaş” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi pley-offda “Ferentsvaroş” – “Qurnik Zabre” cütünün qalibi ilə qarşılaşacaq.
“Qara qartallar” isə “Hradeç Kralove”ni mübarizədən kənarlaşdıracağı təqdirdə, “Dinamo Zaqreb” – “Kauno Jalgiris” cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0