Ali Koç şikayət etdi: Rəhbər şəxslərə FETÖ əməliyyatı
25.12.2025 - 18:06
Ali Koç şikayət etdi: Rəhbər şəxslərə FETÖ əməliyyatı

Türkiyə Futbol Federasiyasının (TFF) sabiq vitse-prezidenti Lütfi Arıboğan və daha üç keçmiş rəhbər şəxs “İdmanda FETÖ əməliyyatı” çərçivəsində saxlanılıb.

Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu keçmiş milli basketbolçu və sabiq TFF-nin vitse-prezidenti Lütfi Arıboğan, Türkiyə Milli Olimpiya Komitəsinin sədri Ahmet Gülüm, hüquqşünas-professor İlhan Helvacı və sabiq TFF baş katibi Ebru Köksal barəsində saxlanılma qərarı verib.

Onlar “FETÖ/PDY silahlı terror təşkilatına yardım” və “istintaqın məxfiliyini pozma” maddələri ilə ittiham olunurlar.

İddialara görə, “Fənərbaxça” klubunun sabiq prezidenti Ali Koç iş üzrə şikayətçi qismində çıxış edir.