"Atletiko Madrid"in hücumçusu Julian Alvarez İngiltərə Premyer Liqasına qayıda bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" argentinalı futbolçu ilə maraqlanır.
"Qırmızı şeytanlar" hücumçunu əsas transfer hədəfi kimi müəyyən ediblər. "Yunayted" rəhbərliyi Alvaresi kluba qoşulmağa razı salmaq üçün bütün vasitələrdən istifadə etmək niyyətindədir.
Julian Alvarez 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya "Atletiko Madrid"ə keçib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
Argentinalı bu mövsüm klubun heyətində bütün yarışlarda 25 oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt hücumçunu 100 milyon avro dəyərində qiymətləndirir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA