Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın sükanı arxasında uğursuz statistik göstərici ilə yadda qalıb.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi ilk 18 oyunda Braziliya yığması cəmi 10 qələbə qazanıb.
Bu, beşqat dünya çempionunun tarixində baş məşqçilərin ilk 18 matç üzrə ən aşağı qələbə faizi olub. 67 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda qarşılaşmaların yalnız 55,6 faizində qalib gəlib.
Qeyd edək ki, Ançelotti “Real”dan ayrıldıqdan sonra Braziliya millisinin baş məşqçisi təyin olunub. O, yığmaya rəhbərlik edən ilk əcnəbi mütəxəssisdir.
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək