Davide Ançelotti karyerasını İtaliyada davam etdirə bilər
Apasport.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, gənc mütəxəssis “Piza” klubunun baş məşqçi postuna əsas namizədlərdən biridir.
Bildirilir ki, hazırkı baş məşqçi Alberto Cilardininin komandadan ayrılması gündəmdədir və klub rəhbərliyi bu vəzifəyə gənc, müasir yanaşmaya malik çalışdırıcı gətirməyi planlaşdırır. Bu baxımdan Davide Ançelottinin adı əsas namizədlər sırasında ön plana çıxır.
Mənbənin yazdığına görə, “Piza” rəhbərliyi yeni ideyalara açıqdır və perspektivli məşqçiyə etimad göstərməyə hazırdır. Məhz buna görə Ançelotti namizədlər siyahısında ön sıralarda yer alır.
Qeyd edək ki, 36 yaşlı italiyalı mütəxəssis daha əvvəl Braziliyanın “Botafoqo” klubuna rəhbərlik edib. O, komandanı çempionatda 6-cı yerə çıxarıb, həmçinin “Botafoqo”nun Libertadores Kubokuna vəsiqə qazanmasına nail olub.
Hazırda “Piza”nın durumu isə ürəkaçan deyil. Komanda A Seriyasında 16 turdan sonra cəmi 11 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.